Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, bəzi yerlərdə duman olacaq

15 Aprel 2011 15:19
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti olacaq.

Aprelin 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 7-9, gündüz 12-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 16-da hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Lakin aprelin 16-da gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 17-də hava, əsasən, yağmursuz keçəcək. Lakin aprelin 17-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərədə isti, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacaq.

Milli.Az