Həzrət Əlinin (ə) son sözləri nə olub?

30 İyun 2016 22:50

Əmirəl-möminin (ə) ömrünün son günləridir. Övladları dünən gecədən səhərə qədər yatmayıblar. Atalarının yatağının kənarındadırlar. Atalarının bu halı onlara tanışdır. Anaları Zəhranı (s.ə) xatırladır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrətin (ə) zəif səsi sükutu pozur və Ümmil-Gülsüm özünü atasına hamıdan tez çatdırır və onunla söhbət edir. Çox çəkmir ki, Həzrətin (ə) halı dəyişir. Övladlarının üzünün rəngi dəyişir və Əlinin (ə) üzü tərdən yaş olmuşdu. Sanki Peyğəmbərin (s) o günlərinə bənzəyirdi. Ancaq o günlər hara, indi hara?! Necə də gözəl günlər idi...
İmamın (ə) halı düzəlməyə başlayır və övladları dərindən nəfəs alırlar. Zeynəb (s.ə) çalışır ki, özünü ələ alsın. Qabağa gəlir və deyir: "Atacan! Kərbəladan olan Ümmil-əmin mənə danışıbdır, ancaq istəyirəm ki, siz də danışasınız". Həzrətin (ə) üzü buz bağlayır. Əlinin (ə) canından bir şey qalmayıbdır. Ona görə də üç və ya az cümlə seçməlidir.
Həzrət (ə) deyir: "Bəli, qızım. Ümmil-əminin dediyi kimidir. Səni və evinin qızlarını həmin şəhərə apararlar. Ancaq həmişə (geyindiyin) təmiz paltarlarla deyil, əsir və zillət paltarı ilə. Həmin günü sizi xar edərlər. Gözlərin insanların axmaqlığından titrəyər. Ancaq səbir et, qızım. Sizdən və Əhli-Beyt (ə) davamçılarından başqa yer üzündə insan yoxdur".
Abdullah ibni Rafəni çağırırlar ki, tez gəlsin. Abdullah qələm və kağızı götürüb gəlir və qulaq asmağa başlayır.
Həzrət Əlinin (ə) son səsi eşidilir: "Bu yazı - Əlinin (ə) vəsiyyətidir. Peyğəmbərin (s) əmisi oğlu və qardaşının. Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur. Onun son rəsulu Muhəmməddir (s).
Həsəncan! Mən o vəsiyyəti deyirəm ki, Peyğəmbər (s) onu mənə buyurmuşdu. Evinə nəzarət et və harada olursansa-ol, evinə və əhlinə diqqət et. Öz halını düşün və xatalarına görə göz yaşı tök. Bütün səyin dünyan üçün olmasın.
Əziz övladım! Vəsiyyət edirəm ki, həmişə vaxtında namaza dayanasan. Zəkatı əhlinə verəsən. Mötədil ol. O zaman ki, şəkk və şübhə olar - sükut et. Həm razılıqda və həm də qəzəbdə ədəbindən xaric olma. Qonşular və ətrafında olanlarla yaxşı rəftar et. Qonağını əziz tut. Bəla görmüşlərə və çarəsizlərə rəhm göstər. Təvazökar ol və qohumlarına baş çək. Arzularını qısa et, ölümü yada sal və dünyada zahid ol ki, sən ölümün girovundasan. Aşkarda və gizlində Allahdan qorx. Tələsərək iş görmə. Axirətin üçün tələsərək iş gör və dünyan üçün isə yavaşdan. Şəkli məclislərdə iştirak etmə.
Ancaq Allah üçün var ol! Pis söz danışma və yaxşı sözlər de. Pisliklərdən çəkin. Allaha xatir səbirli ol, ancaq fasiq insanla dininə görə yola get. Düşmənçiliyini qəlbində gizlət. Ancaq işlərində onunla fasilə saxla ki, onun kimi olmayasan. Ağlı olmayan ilə mübahisə etməkdən çəkin. Mal və həyatında etidala riayət et. Sakit ol ki, salamat qalasan. Axirətin üçün çoxlu qənimət göndər. Həmişə Allahı yada sal. Kiçiklərə rəhm et və böyüklərə ehtiram göstər. Heç bir yeməyi yemə, məgər o halda ki, yeməkdən əvvəl sədəqə vermiş olasan. Oruc tut ki, bədəninin zəkatıdır. Həmişə özünlə cihad et, düşməndən qorx. Dostuna qarşı ehtiyatlı ol. Allah məclislərində həmişə iştirak et. Çoxlu dua et!
Övladım! Bil ki, mən hər şeyi sənin üçün deyirəm".
Sonra üzünü o biri övladlarına çevirib, onları bir-birinə tapşırdı. Ondan sonra buyurdu: "Həsənim, sənə, bütün övladlarıma, ailə üzvlərimə və yazdıqlarım əlinə keçən hər kəsə tövsiyə edirəm ki, pak olasınız və Allah eləsin ki, ölən zaman pak öləsiniz. Namazlarınızı vaxtında qılasınız. Qonşularınızı dərk edin və Peyğəmbər (s) onlar üçün o qədər tövsiyə etmişdi ki, güman edirdim ki, qonşular da irs aparırlar.
Məbada başqaları Qurana sizdən daha yaxşı əməl edər. Namaz ki, dininizin sütunudur - yaxşı əməl edin. Peyğəmbərdən (s) eşitmişəm ki, zəkat - İslamın körpüsüdür. Hər kim ödəyər - ondan keçər. Əks halda yox.
Ramazan ayının orucu cəhənnəm atəşindən qalxandır. Malınız, diliniz və canınızla Allah yolunda cihad edin. Məbada Peyğəmbərin (s) nəsli sizin yanınızda əziyyət görər və siz bir iş görə bilərsiniz, (ancaq) etməzsiniz.
Məbada əlinizi müsəlmanın qanına batırasınız. Məbada qan istəyərək, fəryad çəkəsiniz ki, "Əli öldürülmüşdür!". Əgər qatildən qisas almaq istəyirsinizsə, ona ancaq bir zərbə vurun. Allah sizi qorusun. Sizi Allaha tapşırıram və hamınıza salam və İlahi rəhmət göndərirəm".
Sonra Həzrətin (ə) səsi kəsildi və dodaqlarında nəyisə deyirdi, o zamana qədər ki, pak ruhu bədənini tərk etdi.

Milli.Az