Bakıda Braziliya səfirliyinin əməkdaşı soyulub

15 Aprel 2011 14:47
Bakı şəhərində yerləşən klubda səfirlik əməkdaşına qarşı cinayət törədən şəxs tutulub. Cinayətin üstünün açılması isə 4 aydan artıq vaxt aparıb. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə 2010-cu il dekabrın 11-də "Tekilla" klubunda baş verib. Naməlum şəxs Braziliya səfirliyində katib işləyən Braziliya vətəndaşı Daniella Cintra Chavesə məxsus 100 manat, mobil telefon, açarlar və şəxsi sənədləri oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göygöl rayon sakini Maşallah Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az