Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı daha bir sayt yaradılır
15 Aprel 2011 15:44
Trend-in məlumatına görə, bunu korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri İnam Kərimov deyib. Onun sözlərinə görə, /muraciet.az/ saytı yaxın gələcəkdə fəaliyyətə başlayacaq.
İnam Kərimov deyib ki, vətəndaşların bütün dövlət orqanlarına elektron şəkildə müraciət etmək imkanı var. Yeni saytın yaradılmasının məqsədi isə vətəndaşların dövlət orqanlarına müraciətlərinin bir mərkəzdən idarə olunmasını təmin etməkdir.
Sayt Dövlət Komissiyasının dəstəyi ilə yaradılacaq.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası /rusum.az/ və /etika.az/ saytlarını istifadəyə verib.
İ.Kərimov bildirib ki, Dövlət Komissiyası korrupsiya ilə mübarizədə QHT-lərlə əməkdaşlığa üstünlük verir və birgə layihələr həyata keçirir.
Milli.Az