Gürcüstan parlamenti… satılır
15 Aprel 2011 13:16
Milli.Az xəbər portalının "Qruziya Online" agentliyinə istinadən verdiyi məlumata görə, artıq ərəb və yunan investorları bina ilə tanış olub.
Hökumətin parlament katibi Qiya Xuroşvili bildirib ki, bu haqda məlumata malik olmasa da, bina həqiqətən özəlləşərsə, bundan təəccüblənməz. "Parlament Kutaisiyə köçdükdən sonra ona 2-ci bina lazım olmayacaq", - deyə o, qeyd edib.
Qeyd edək ki, Gürcüstan Konstitusiyasına edilmiş dəyişikliyə əsasən, ölkənin yeni çağırış parlamenti Kutaisidə yerləşəcək.
Milli.Az