İbrahim Tatlısəsdən sevgilisinə SMS: “Ölsəm, başqasına ərə getmə!” - FOTO

15 Aprel 2011 13:00
Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs martın 13-də silahlı hücuma məruz qalmazdan beş saat əvvəl 10 ildir birlikdə olduğu sevgilisi ilə mübahisə edib. Bunun ardınca İbrahim Tatlısəs Ayşegül Yıldıza SMS göndərib: "Sevgilim, bu gün, sabah nə olacağım bəlli deyil. Səndən bir şey istəyirəm. Mən ölsəm, başqasına ərə getmə. Səni çox sevirəm". Ayşegül Yıldız ismarışı aldıqdan sonra İbrahim Tatlısəsə zəng edib və onlar barışıblar.

Sevgilisinin sözlərinə görə, İbrahim Tatlısəslə hər gün danışır: "Səhhəti normaldır. Ən qısa vaxtda Türkiyəyə qayıdacaq. Ən çox mənim bişirdiyim yeməklər üçün darıxıb. Qayıdandan sonra yanından bir an da ayrılmayacağam".

Qeyd edək ki, İbrahim Tatlısəsin keçmiş sevgilisi Asena da bir müddət əvvəl "Canım İboya qurban. Mənim sevgim onu yaşadacaq" demişdi.

Milli.Az