Emil İbrahimin vəfatı ilə bağlı Bakı Caz Mərkəzində tədbirlər təxirə salınıb

15 Aprel 2011 12:22
Milli.Az xəbər portalının məlumatına görə, mərasimlə əlaqədar Caz Mərkəzində keçiriləcək bir çox tədbirlər, o cümlədən, caz ifaçısı Ülviyyə Rəhimovanın konserti və digər çıxışlar təxirə salınıb.
Qeyd edək ki, Emil İbrahim aprel ayının 14-ü uzun sürən xəstəlikdən Berlindəki klinikalardan birində dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Emil İbrahim 17 noyabr 1975-ci ildə Bakıda - tanınmış musiqiçi İbrahim Məmmədovun ailəsində anadan olub. Musiqi təhsilini 1981-ci ildə Bülbül adına musiqi məktəbi və 1993-cü ildə Bakı Musiqi Akademiyasının xor-dirijorluq fakültəsində alıb. Emil İbrahim bir çox musiqili proqramlar və festivalların prodüseri, filmlərin bəstəkarı kimi tanınıb. Dəfələrlə Avropada keçirilən konsertlərdə Azərbaycanı uğurla təmsil edib.
2005-ci ildə musiqiçinin "Tetralogia" albomu işıq üzü görüb. Emil İbrahim əməkdar artist Sevda Ələkbərzadənin "Şəbi hicran", "Sevdalı dünya" və "A flower in bloom" albomlarındakı mahnıları aranjeman edib.

Leyla
Milli.Az





Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO-VİDEO