Tələbələr tanınmış iş adamını yumurtaya basdı – VİDEO-FOTO

15 Aprel 2011 22:08
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məumata görə, "Ağaoğlu" Şirkətlər Qrupu İdarə Heyətinin sədri Əli Ağaoğlu universitetdə tələbələrlə görüşüb. O, çıxışa başladıqdan bir qədər sonra 30-a yaxın tələbə zalda etiraz şüarları səsləndirib. Tələbələr Əli Ağaoğluna yumurta atmağa başlayıblar. İş adamının cangüdənləri onu çətirlərlə qoruyublar.

Tələbələr kürsüyə qalxmaq istəsələr də, mülki geyimli polis əməkdaşları və özəl mühafizə xidmətinin işçiləri onların qarşısını alıblar. Yaranan qarşıdurmadan sonra etiraz edən tələbələr zaldan çıxarılıblar. Əli Ağaoğlu yalnız bundan sonra çıxışına davam edib.

Milli.Az