Saf qızıl, brilyant: bu ayaqqabını geymək heyifdir - FOTO
15 Aprel 2011 13:42
Milli.Az xəbər portalı bildirir ki, moda həvəskarlarını vəcdə gətirəcək yeni ayaqqabı hazırlanıb. Dünyanın ən bahalı qadın ayaqqabısı sayılan bu tuflilərin qiyməti 170 min dollardır.
Saf qızıldan hazırlanmış ayaqqabı 30 karatlıq 2200 brilyant qaşlarla bəzədilib.
"Borgeize" ayaqqabı evinin məhsulu olan bu ayaqqabının müəllifi britaniyalı zərgər və dizayner Kristofer Maykl Şellisdir.
O, "Louboutins" model evi ilə birlikdə hazırladığı ayaqqabıdan bəhs edərkən bildirib ki, satışla bağlı təkliflər çox olsa da, onların arasında konkret niyyətlə qarşılaşmayıb.
Onun fikrincə, beş ayda bir cüt belə ayaqqabı satılarsa, yaxşı nəticədir.
Milli.Az

