"Qış sümüyü" soyundu: "Nə oldu, gözləmirdiniz?!" - FOTO
15 Aprel 2011 21:40
Milli.Az xəbər portalı "Entertainment"ə istinadən bildirir ki, "Qış sümüyü" (Winter's Bone) dramındakı parlaq rolu ilə daha da məşhurlaşan, "Oskar" mükafatına nominant olan Cennifer Lourens GQ jurnalına müsahibə verib, fotosessiyada çəkilib.
Aktrisanın dediyinə görə, həmin filmdən sonra onu "qış sümüyü" adlandırırlar.
"Bu addan xoşum gəlir. Gerçəkdən də, ciddi, hər işə diqqət və prinsipiallıq, hətta punktuallıqla yanaşan insanam. Hər şeydə dəqiqlik, səlistliyi sevirəm. Mücərrəd, qeyri-müəyyən məsələlərdə də həll yolunu tapmağa çalışıram. Fotosessiyaya çəkilməyimin səbəbi də kişilərin ağıllarını başlarından çıxarmaq istəyimdir. Əminəm ki, buna nail olacağam. Nə oldu, soyunmağımı gözləmirdiniz?!", - Lourens deyib.
Kişilər üçün nəzərdə tutulmuş jurnala cəsarətli pozalar verən 20 yaşlı aktrisanın sözlərinə görə, çəkildiyi filmin rejissoru, britaniyalı Metyu Vonla birlikdə yaşamasalar da, aralarında çox ciddi bağlılıq var.
Lourens "X Mans" kinosaqasının yeni lentində də yer alıb.
Kinorejissor Von isə məşhur supermodel Klaudia Şifferin əridir.
Milli.Az




