“Öyle geçer bir zaman ki” serialının aktyoru həbs edildi - FOTO
15 Aprel 2011 10:59
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, aktyor xaricə gedirmiş. Lakin pasportu yoxlanılarkən, barəsində axtarış qərarı olduğu aşkarlanıb. Saxlanılan aktyor Atatürk hava limanının Mühafizə İdarəsinə aparılıb. Sonra Mete Horozoğlu İstanbulun Bakırköy rayon məhkəməsində hakim qarşısına çıxarılıb. Hakimə ifadə verdikdən sonra aktyor azad edilib. Amma onun xaricə buraxılıb-buraxılmayacağı məlum deyil.
Milli.Az








