Hollivud ulduzundan superpəhriz menyusu: "Sınayın, çəkinməyin" - FOTO

15 Aprel 2011 20:29
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirirki, məşhur aktrisa, Hollivud ulduzu Qvinet Peltrou son vaxtlar xeyli arıqlamasının sirrini açıb. 38 yaşlı aktrisanın dediyinə görə, pəhriz saxlayır və məhz bunun sayəsində oraqnizmində "artıq" saydığı kiloqramlardan yaxa qurtara bilib.

"Pəhrizimn menyusu çox sadədir. Kələm şirəsi və kokos suyu bədənimdəki radikallar, şlak və zərərli elementləri yuyub aparır. Gün ərzində az yeyirəm. Çörəyi minimuma endirmişəm və dediyim şirə ilə sudan mümkün qədər çox içirəm. Badam, limon suyu, "Vitamix" və üstəlik də aqava şirəsi - bunları da unutmayın. Beləcə, artıq kiloqramlrdan canım qurtardı", - Peltrou deyib.

Onun sözlərinə görə, bəzən qızardılmış ət tikəsi və ya dondurma istəsə də, iştahının qalib gəlməsinə imkan vermir.
"Qəhvəyi düyü rasionumda boldur. Belə düyü də adamı arıqladır", - Peltrou söyləyib.

Milli.Az