Qocalıqda yorğalıq: "Eurovision" qaliblərinin biabırçı şousu - FOTO

15 Aprel 2011 20:43
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, 1981-ci ildə "Eurovision"un qalibi olmuş "Bucks Fizz" qrupu indi yenidən pul qazanmaq fikrinə düşüb.

30 il əvvəl Britaniyada və ümumiyyətlə, Avropada gənclərin populyar qrupu olan sənətçilər şou-biznesdə qaldıqlarını göstərmək üçün konsert veriblər.

30 il əvvəl "Making Uour Mind Up" ("Fikrini dəyiş") mahnısı ilə "Avroviziya"nı fəth etmiş adamların konsertini isə tənqidçilər biabırçılıq adlandırıblar.
Bu fikirlə tamaşaçılar da tam razıdır.

"Həşərat kirpikləri"nin son konsertində onlar səhnəyə yaşlarına yaraşmayan, az qala striptizçi görkəmində çıxıblar.

Qrupun solistləri Çeril BeykerCey Eston səhnəyə tumanda çıxıblar.
57 yaşlı Çeril və 49 yaşlı Ceyin belə "qayıdışı" Britaniyanın kütləvi informasiya vasitələrində ikrahla qarşılanıb.

"Nənələrin şousu", "Qocalıqda yorğalıq", "Biabırçı konsert" başlıqlılı xəbərlərlə konsertdən bəhs edən Britaniya mediası qrupun qayıdışını uğursuz sayıb.

Milli.Az