Qəzzafinin qızı: «Atamın istefasını tələb etmək...»
15 Aprel 2011 14:14
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, o, Qərbin Qəzzafinin istefasını tələb etməsinin "təhqiramiz olduğunu" bildirib.
"1911-ci ildə babam İtaliya təyyarələrinin bombardmanı nəticəsində həlak olub. İndi isə onlar atamı öldürmək istəyir. Allah onların cəzalarını versin", - deyə Aişə Qəzzafi bildirib.
Bu arada ölkədə qanlı döyüşlər davam edir. Müxalifət təmsilçiləri bəyan edir ki, Qəzzafi ordusu "Rusiyanın yeni nəsil tankları hesabına qələbə qazanır".
Milli.Az