Messi millini tərk etdi: "Lazım olanı bacarmadım" - YENİLƏNİB

27 İyun 2016 10:39

10:39

Milli.Az xəbər verir ki, Messi Amerika Kubokunda final görüşündən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: "Bu, öz qərarımdır. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etdim. Amma lazım olanı bacarmadım. Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm".

----------

09:20

ABŞ-da keçirilən Amerika Kubokunda final oyunu keçirilib.

Finalda Çili ilə Argentina yığmaları qarşılaşıblar. Oyunda əsas və əlavə vaxtda qol vurulmayıb, penalti zərbələrini isə Çilinin oyunçuları daha dəqiq yerinə yetiriblər. Messi və Biqliya penaltiləri qola çevirə bilməyiblər və Çili millisi Amerika Kubokunun qalibi olub.

Milli.Az "Habertürk"ə istinadən xəbər verir ki, Messi oyundan sonra millini tərk etdiyini açıqlayıb.

Milli.Az