Bir nəhəngin faciəsi: 4 vedrə qan, solmayan qızılgül və parçalanmış göz... - VİDEO-FOTO

15 Aprel 2011 00:55
- Ser, bağışlayın, amma...

Lord Beyli otağa girən köməkçisinə zəndlə baxdı. Adətən gənc Conatan MakQidi əvvəl qapını döyər, sonra isə Avropanın ən varlı adamlarından birinin iş kabinetinə daxil olardı. Bu dəfə isə Conatan hövlank görünürdü.

- Ser...

Lord Beyli düşündü: "Görəsən, nə deyəcək? Bu gün aprelin 16-cı günüdür və yəqin ki, Sasseksdəki qolf yarışına dəvət olunduğumu unutmuşam". 
Conatanın gözləri yaşarmışdı.
Lord qəflətən xoflandı:

- De görüm, nə olub?

Conatan başını aşağı saldı:

- Ser, Tanrı bizə lütf etsin! Ledi Merilin, qızınız, oğlunuz, kürəkəniniz - hamı... Batdılar.

Lord Sirius Beylini sanki ildırım vurdu. Donuxub qalmış aristokrat, milyonlarla funt-sterlinqini itirsə belə, soyuqqanlığını əldən verməyən əsl ingilis zadəganı nə deyəcəyini bilmirdi.
O, bütün ailəsini itirmişdi.

"Titanik" batmışdı... Çox az insan xilas ola bilmişdi. Qalanları okeanın buz kimi soyuq sularında, elə buzların arasındaca boğulmuşdular.
Onların arasında Sirius Beylinin ailəsi vardı. O Beylinin ki, aprelin 16-da, 73 yaşında yetim, tənha və çarəsiz qaldı.

Ta 5 gün sonraya qədər. Tapançanın lüləsini ağzına dirəyib tətiyi çəkənə qədər...

Özü boyda yalan...

Milli.Az xəbər portalı bildirir ki, 99 il öncə, 1912-ci ilin aprelin 15-də, gecə saat 02.20-də batmış "Titanik" barədə həddən ziyadə çox yazılıb, deyilib, çəkilib və göstərilib.
Nə yazıqlar ki, o dönəmin ən böyük sərnişin gəmisi, "üzən şəhər" adlandırılan sərnişin laynerinin faciəsi barədə yanlışlar da çoxdur. Həmin yanlışlıqlar və ya 99 il əvvəl baş vermiş hadisə barədə yetərincə bilgi sahibi olmamaqdan irəli gələn xətalar nəticəsindədir ki, dünən "Titanik"in batmasının 99-cu ili "şərəf"inə süjetlər, yazılar, xəbərlər yer aldı.
Halbuki Böyük Britaniyanın "Uayt Star Layn" şirkətinə məxsus "RMS Titanic" adlanan gəmi məhz bu gün, gecənin bir aləmində okean sularına qərq olub.
Bu barədə dünyanın ən populyar