Mafiya Maradonanın topunu necə əritdi?
14 Aprel 2011 20:08
Milli.Az xəbər portalı "İn Goal"a istinadən bildirir ki, İtaliya mafiyasının "xaç ata"larından biri məşhur argentinalı futbolçu Dieqo Maradonanın vaxtılə ona yardım istəyi ilə müraciət etdiyini deyib. Maradona 1986-cı ildə ona verilən və sonra oğurlanan "Qızıl top"un tapılmasını istəmişdi. 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında argentinalılar qalib gəlmişdilər.
Top səyyar muzeydə olarkən oğurlanıb, sonra isə qızıl külçələr halına salınıb.
"Ailəmizin əlindəki topu alıb Maradonaya qaytarmaq istədim. Lakin bu, mümkün deyildi, çünki trofeyi əritmişdilər. Bunun əvəzinə ona 4 oğurluq saat verdim. Həmin saatlardan biri Maradonanın olmadığı üçün o, bütün saatları mənə qaytardı", - İtaliyadakı "Kamorra" mafiyasının rəhbəri, həbs edilmiş Salvatoro De Russo deyib.
Russo onu da bildirib ki, Dieqo Maradona "Napoli"də oynayanda argentinalı futbolçuya kokain satırmış.
Milli.Az