Sarkozinin xanımı da festivala qatılıb
14 Aprel 2011 20:01
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, 64-cü beynəlxalq Kann kinofestivalının proqramı açıqlanıb.
Əsas müsabiqə proqramına 19 film daxil ediliö. Onların arasında dünyanın sonunun yaxınlaşması ərəfəsində insanlardan bəhs edən, məşhur kinorejissor Lars fon Triyerin "Melanxoliya"sı da var.
Proqramda Terrens Malikin "Həyat ağacı" və Pedro Almodovarın "İçində yaşadığım dəri" filmləri də yer alıb.
İştirakçıların tam siyahısı belədir
"Melanxoliya" (Lars fon Triyer, Danimarka)
"Drayv" (Nikolas Vindinq Refn, Danimarka)
"Həyat ağacı" (Terrens Malik, ABŞ)
"İçində yaşadığım dəri" (Pedro Almodovar, İspaniya)
"Bizim atamız var" (Nanni Moretti, İtaliya)
"Kevin barədə danışmalıyıq" (Linn Remzi, Böyük Britaniya)
"Parter" (Alyona Kavalye, Fransa)
"Velosipeddəki oğlan" (Jan-Pyer və Lyuk Dardenn, Belçika)
"Əlavə" (Yossef Sedar, İsrail)
"Xarakiri. Samurayın ölümü" (Takasi Miike, Yaponiya)
"Hanezu No Tsuki" )Naomi Kavase, Yaponiya)
"Havr" (Aki Kaurismyaki, Finlyandiya)
"Yatmış gözəl" (Culiya Li, Avstraliya)
"Mixail" (Markus Şlyanser, Almaniya)
"Bir dəfə Anadoluda" (Nuri Bilgə Ceylan, Türkiyə)
"Laki" (Mayvenn le Besko, Fransa)
"Qadınlar üçün mənbə" (Radu Mixaylyanu, Rumıniya)
"Deyəsən, buradır" (Paolo Sorrento, İtaliya)
64-cü beynəlxalq Kann kinofestivalı mayın 11-22-də keçiriləcək. Festivalın açılışında Vudi Allenin "Parisdə gecəyarısı" milfi nümayiş etdirildəcək. Lentdə baş rolları Ouen Uilson və Reyçel Makadams oynayırlar. Filmdəki epizodik rollardan birini Fransa prezidenti Nikolya Sarkozinin arvadı Karla Bruni oynayır.
Əsas müsabiqənin münsiflər heyətinə Robert de Niro, "Xüsusi baxış"ın münsiflərinə Əmir Kusturisa, animasiya filmlərinin müsabiqəsinə isə Mihel Qondri rəhbərlik edəcək.
Milli.Az