Milli.Az-da "Həftəsonu qiraət": İşıq... Haradasan sən?

24 Aprel 2011 12:33
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.

İşıq... Haradasan sən? Gəl mənim qaranlığımı nurlandır

Həyat... İşıq... İnsanlar. Niyə gözlərimə düşən işıq qəlbimin dərinliyindəki qaranlığa düşmür? niyə mənim fikirlərim qaranlığımda gizlənib.Həyata gəlmə məqsədim nədir? Niyə mən gündəlik problemlərlə başımı qatmalıyam. Niyə təhsil almalı, niyə evlənməli, niyə iş tapmalıyam... .niyə bunu özümdən sonra övladlarıma da ötürməliyəm. Bəzən həyatı  ritmi, sözü və ifaçısı olan musiqiyə bənzədirəm. Mən isə bu musiqini dinləmək istəmirəm. Elə də olur ki özümü bu dünyada ən şansız insan hiss edirdim... Bir gün mən bir şəhərə getdim...O şəhər büsbütün qaranlıq idi...Soruşdum bura niyə belə qaranlıqdır... Cavabında mənə dedilər ki qaranlıq nədir? dedim İşığın olmaması... O yenə dedi İşıq nədir?... Mən artıq cavab verə bilmədim..Çünki bu şəhərin əhalisi üçün İşıq və Qaranlıq mövcud deyildir... Buna bəzər digər şəhərlərdə var idi ki orda işıq və qaranlıq var idi, lakin səs yox idi... şəhər büsbütün sakitliyə qərq olmuşdur...Digər şəhərdə isə hərəkət yox idi... Hər şey sanki daş kimi idi...
Mənim şəhərimdə isə hər gecənin bir gündüzü... hər sualın bir cavabı var idi. Bu şəhər günü gündən inkişaf edirdi... Sonu ilə əvvəli bilinmirdi... Əhalisinin sayı da indiyənədək  dəqiq məlum deyildi... Bu şəhərdə möcüzələr də reallaşırdı...
Çox qəribə idi. Mənim şəhərimdə hər bir şeyin əksi var idi... Kişi - qadın, yaxşılıq - pislik, Yalan - doğru.
Mən bu şəhərdə ilk dəfə işığı gördüm və 16 il şəhər büsbütün işıqlı oldu...Amma sonradan gecələr çoxaldı, gündüzlər azaldı...gecələrdə mən çox qəmgin olurdum tezliklə İşığın düşməsini arzulayırdım... Gecələr isə günbəgün artırdı.. 1 saat belə  işıqda olmaq mənim üçün böyük xoşbəxtlik idi... Artıq mən tam qaranlığın düşməsini gözləyirdim... və bir gün qaranlıq mənim şəhərimə hakim oldu... Tam qaranlıq bunu sözlə demək mümkün deyil... Bunu mənim kimi qaranlıqda olanlar bilər...
Məni bu qaranlıqdan rastlaşdığım mələk xilas etdi. O, İşıq şəhərinin mələyi idi və o məni öz şəhərinə apardı...Bu şəhər tamamilə ağ idi... Hər bir insanın üzündən nur yağırdı. Mən mələkdən soruşdum
- Niyə bu şəhər belə işıqlıdır.
Cavabında o mənə dedi:
- Əslində bu şəhər bir zamanlar tamamilə qaranlıq idi. Ancaq bir gün nurani qoca gəldi və hər kəsə işığı göstərdi. Bəziləri işıqdan qorxub qaçdılar. Ancaq tək-tük insanlar bu işığa doğru getdi və yavaş - yavaş bu şəhəri İşıq şəhəri etdi.
Mən soruşdum:
- Mələk bəs mən nə edim?... Mənim şəhərim də qaranlığa bürünüb.
Mələk dedi:
- Əslində sənin şəhərin qaranlığa bürünməyib. Qaranlıq sənin içindədir. Bu qaranlıqdan çıxmaq üçün sən gərək özün kimi insanlarla bir yerdə olmalısan... Birlikdə öz qaranlığınızı işıqlandırın. Bunun üçün də bir - birinizi başa düşməyə çalışın, gözəlliyi qiymətləndirin, və ən əsası öz İŞIĞINIZI, FİKİRLƏRİNİZİ DİGƏRLƏRİNƏ DƏ ÖTÜRÜN o zaman sizin qaranlığınız işıqlanacaq.
Mələk bunları dedikdən sonra qeyb oldu və mən öz şəhərimə qayıtmalı oldum... Ancaq mənə bir şey çox maraqlı oldu...Necə ola bilər ki İşıq şəhəri bir zamanlar tamamilə mənim şəhərim kimi qaranlıq olub..DEMƏLİ HƏR BİR QARANLIQ GECƏNİN İŞIQLI SABAHI VAR.

İşıq Hüseynov
Milli .Az