Hillari Klinton «soyqırım» qətnaməsinin qəbulu ilə bağlı bəyanat verdi

5 Mart 2010 12:09
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Kosta-Rikaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında o, qanun layihəsinin Konqresin gündəliyinə salınmasına ehtiyac olmadığını bəyan edib. Klinton bu fikrin prosesdə maraqlı tərəflərin diqqətinə açıq şəkildə çatdırıldığını da söyləyib.

Xatırladaq ki, dövlət katibi xarici əlaqələr komitəsindəki səsvermədən əvvəl də komitə rəhbəri Hovard Bermana müraciət edərək, qətnamənin qəbuluna ehtiyacın olmadığını bildirmişdi.

Milli.Az