8 ay əvvəl ərindən boşanan Türkiyənin tanınmış aparıcısı Ece Erken yenidən onu məhkəməyə verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun məhkəməyə verdiyi şikayət ərizəsində qeyd olunub ki, keçmiş əri atalıq vəzifələrini düzgün yerinə yetirmir, bu səbəbdən də uşaq 3 yaşına çatdıqdan sonra yenə də anası ilə birlikdə yaşasın.
Qeyd edək ki, 8 ay əvvəl baş tutan məhkəmə prosesinə görə, uşaq 3 yaşına qədər anasının yanında qalmalı, sonra isə atası ilə yaşamalı idi.
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az