İlk ekoloji alt paltarı satışa çıxarıldı - FOTO
15 Aprel 2011 07:23
Milli.Az xəbər portalı "Mail Online"ə istinadən bildirir ki, Böyük Britaniyada ekoloji baxımdan tam zərərsiz ilk alt paltarı hazırlanıb. "Going Green" adlanan bu geyimlər "Marks & Spencer" universamlar şəbəkəsində satışa çıxarılıb.
"Autograph Leaves" adlı yeni kolleksiyanın tərkibində olan və qadınlar üçün nəzərdə tutulmuş bu alt geyimləri zərərli maddələr, xüsusilə də karbon-hidratlar baxımından neytraldır.
Kolleksiya "M & S"in Şri-Lankadakı Turuli zavodunda hazırlanıb. Universamlar şəbəkəsinin alt geyimlərinin istehsalı bölməsinin rəhbəri Paskal Littlin dediyinə görə, yeni geyimlər insan orqanizmi üçün neytral təsirə malik olmaqla yanaşı, ətraf mühitə də heç bir zərər vermir.
Milli.Az

