Tunisin sabiq prezidentinə qarşı 18 maddə üzrə cinayət işi açılıb

14 Aprel 2011 14:11
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, onların arasında qətl, dövlət əleyhinə fəaliyyət, dövlət mülkiyyətinin mənimsənilməsi, narkotik qaçaqmalçılığı və sair ittihamlar var.
Ümumilikdə sabiq prezident və onun yaxın ətrafı ilə bağlı 44 cinayət işi açılıb. Onlara ən yaxın zamanlarda baxılmağa başlanacaq.

Milli.Az