"Hyundai" qarşısında gedən "KamAz"a çırpıldı, ölən və yaralanan var
14 Aprel 2011 12:14
Milli.Az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avtoqəza aprelin 14-nə keçən gecə saat 01:30 radələrində Ələt qəsəbəsinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Namiq Əlizadə idarə etdiyi "Hyundai İX-35" markalı avtomobili qarşıda gedən Ağcabədi rayon sakini Cəlal Musayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına vurub.
Nəticədə N.Əlizadənin sərnişini Könül Haşımova xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az