Hüsnü Mübarək qaçmaq istədi - YENİLƏNİB
14 Aprel 2011 13:39
Milli.Az xəbər portalının "Al Ahram" qəzetinə istinadən verdiyi məlumata
görə, Misir prokurorluğu Hüsnü Mübarəkin həyat yoldaşı Syuzan Thabetin
də dindirilməsinə başlayıb. Eks-prezidentin xanımı korrupsiyada,
müxtəlif spekulyasiyalarda ittiham olunur.
---------
12:10
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, o, qonşu olan Səudiyyə Ərəbistanının Tabuk şəhərinə keçməyə çalışıb. Lakin eks-prezidentin istəyi baş tutmayıb.
Məlumata görə, Şarm əl-Şeyx hava limanına Ər-Riyad və Tabukdan 2 şəxsi təyyarənin endiyinə dair məlumat daxil olub. Onların hər ikisinin heyət üzvləri Səudiyyə Ərəbistanı paytaxtına uçacaqlarını bildirib. Eyni zamanda Şarm əl-Şeyxdən Tabuka uçmaq üçün 1 vertolyot da icazə istəyib. Lakin Qahirə onların havaya qalxmasını qəti qadağan edib. Onlar bu uçaqlarla Mübarəkin aradan çıxmağa hazırlaşdığını müəyyənləşdirib və qadağaya da bu səbəb olub.
Xatırladaq ki, dünən Mübarəkin 2 oğlu həbs edilib. Onun özü haqqında da 15 sutka azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Lakin eks-prezidentin səhhətində problem yarandığı üçün o, müvəqqəti olaraq xəstəxanaya yerləşdirilib.
Milli.Az