“Qalatasaray”ın yeni formaları – FOTO
14 Aprel 2011 11:34
Bu mövsüm azarkeşlərini məyus edən Türkiyənin "Qalatasaray" klubu yeni mövsümə daha yaxşı hazırlaşmağa başlayıb.
Milli.Az xəbər portalının Emonhaber.com-a istinadən verdiyi məlumata görə, "Qalatasaray"ın yeni formalarının fotoları internet saytlarında yayılmağa başlayıb. Yeni formanın fotosu sponsor firmanın əməkdaşlarının biri tərəfindən cib telefonu ilə çəkilib.
Hər ilə yeni forma ilə girən "Qalatasaray" üçün hazırlanmış iki yeni formadan qara rəngdə olanı azarkeşlərdən tərəfindən daha çox bəyənilib.
Milli.Az
