Azərbaycanın döyüş təyyarələri və helikopterləri cəbhə xətti boyunca uçuşlar həyata keçirir

14 Aprel 2011 11:24
Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları Ağdam, Tərtər, Ağcabədi istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirir.

Trend-in bölgə müxbirinin məlumatına görə, uçuşların təlim, manevr xarakterli olduğu bildirilir. Uçuşlarda 10-dan artıq qırıcı təyyarə və döyüş vertolyotları iştirak edir.

Uçuşlar fasilələrlə təkrarlanır.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev cəbhə bölgəsindədir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, cəbhə bölgəsində hərbi təlimlər keçirilir. Təlimləri müdafiə naziri genral-polkovnik Səfər Əbiyev şəxsən izləyir.

Sabiroğlu deyib ki, bununla yanaşı, nazir cəbhə bölgəsindəki hərbi hissələrə baş çəkərək, şəxsi heyətin döyüş hazırlığını yoxlayır.

Milli.Az