Ərdoğanın ələ saldığı fransalı deputat kimdir? - VİDEO
14 Aprel 2011 11:01
Avropa Şurası Parlament Assambleyasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla qarşı-qarşıya gələn fransalı deputat Azərbaycanda da tanınan şəxslərdəndir. Türkiyənin NTV telekanalının məlumatına görə, Rəcəb Tayyib Ərdroğanın "Fransız xanım, Türkiyədə də fransızdır" dediyi qadın deputat Fransa Xalq Hərəkatı Birliyinin nümayəndəsi Muriel Merland-Militellodur. 68 yaşlı qadın deputat Fransa parlamentində erməni dostluq qrupunun sədr müavinidir. O, 2002-ci ildən bu yana Fransa parlamentinin üzvüdür.
Muriel Merland-Militello bu ilin yanvarında Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinin Azərbaycan ərazisi olmaması barədə bəyannaməyə imza atan 30 nəfərdən biridir.
O, heyvan hüquqları iə bağlı qanunvericilik təşəbbüsləri ilə də önə çıxan şəxslərdəndir. Ötən il buğa döyüşlərinin qadağan edilməsi təklifi ilə çıxış etmişdi.