Yaponiya ağlını itirir? - FOТO
14 Aprel 2011 22:08
Milli.Az xəbər portalı "Kyodo"ya istinadən bildirir ki, martın 11-də Yaponiyada baş vermiş dağıdıcı zəlzələ və sunamidən sağ çıxanlar arasındakı 8 yaşlı qıza yaxın duran yoxdur. "Fukusima-1" atom-elektrik stansiyasının yaxınlığında yaşamış bu qız stansiyanın reaktorundakı qəzadan sonra radioaktiv şüalanmaya məruz qalıb.
Zəlzələdən sağ çıxanlar üçün ayrılmış sığınacaqda onu lap küncə aparıblar, başqalarına "ziyan verməməsi" üçün sonradan ayrı baraka köçürüblər.
"Onlar mənə "Radiasiyalısan!" dedilər və yardım göstərmək istəmədilər. Kimsə mənə kömək etmək istəmir", - 8 yaşlı qız deyib.
Paytaxt Тokiodan 135 kilometr şimaldakı "Fukusima-1" atom-elektrik stansiyasındakı qəza nəticəsində radioaktiv şüalanmaya məruz qalmış insanlara qarşı belə diskriminasiya Yaponiya cəmiyyətində hiddət doğurub.
Ailəsi ilə Fukusimanı tərk edərək Тokionun şimalındakı otellərdən birinə yerləşmək istəyən qadın isə öz bloqunda yazır ki, onu qəbul etmək istəməyiblər.
"Hər yerdə bizdən şüalanmaya məruz qalmadığmız, təhlükəli olmamağımız barədə sertifikat istəyirlər. Yaponiya ağlını itirirmi?!" - qadın yazıb.
Milli.Az




