İbrahim Tatlısəs: "Pomidordan "Allah" yazısı çıxdı" - FOTO

22 İyun 2016 19:51

Türkiyəli müğənni İbrahim Tatlısəs sosial şəbəkədə paylaşdığı foto ilə diqqət mərkəzinə düşüb.

Axşam.az Türkiyə mətubatına istinadən xəbər verir ki, sənətçi kəsdiyi pomidorun içindən "Allah" yazısının çıxdığını bildirib:

"Pomidoru kəsdim və içindən "Allah" yazısı çıxdı. Bundan sonra ona inanmayan cəhənnəmlik olar. Allah hər zaman yanımızdadır və olacaq".

Tatlısəsin paylaşdığı foto qısa müddətdə 5 min nəfər tərəfindən bəyənilib.

Milli.Az