Rianna: "Bağışlayın, amma vaxtım yoxdur" - FOTO

14 Aprel 2011 22:01
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, dünya hip-hop müsiqisinin ulduzu, populyar müğənni Rianna "X Factor" teleşousunun münsiflər heyətində təmsil olunmaqdan boyun qaçırıb.

ABŞ-da ən populyar teleşoulardan birinə qatılmaqdan imtina etməsinin səbəblərini açıqlayarkən 23 yaşlı qaradərili müğənni bildirib ki, iş qrafiki çox gərgindir.

"Şouda həvəslə iştirak edərdim. Bağışlayın, amma vaxtım yoxdur", - superulduz deyib.

"X Factor" teleşousunun baş meneceri Saymon Kouellin dediyinə görə, onlar Rianna ilə yanaşı, Britni Spirsə də dəvət yollayıblar.

Milli.Az