Bakıda yol polisi qəzaya düşdü, 1 yaralı
14 Aprel 2011 10:33
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı avtomobil qarşıdan gələn "VAZ-21015" markalı minik maşını ilə toqquşub.
Nəticədə yol polisi əməkdaşı Sənan Abdullayev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Anar
Milli.Az