Kriştianu Ronaldunun zaman-zaman fanatlarıyla səmimi davranışı qəzetlərə manşet olsa da, bəzən hərəkətləri təəccüb və təəssüf doğurur.
Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Portiqaliya millisinin oyunçularıyla gəzintiyə çıxan Ronaldu ona yaxınlaşıb sual verən jurnalisti pərt edib.
Bu gün Portuqaliya millisi Macarıstanla qarşılaşmalıdır. Sualını da buna aid quran jurnalistin cavab almaq istəyi puç olub. Ronaldu onun əlindəki mikrofonu dartıb alıb və yaxınlıqdakı su hövzəsinə atıb. Üstəlik, bunu ikinci cəhdindən reallaşdırıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: