Ledi Qaqa: "O zibilləri bədənimə qoymaram" - FOTO

14 Aprel 2011 14:32
Milli.Az xəbər portalı "Telegraph"a istinadən bildirir ki, dünya pop-musiqisinin super ulduzlarından biri, amerikalı müğənni Ledi Qaqa ekstravaqant görüşünü, paltarları və davranışı ilə gündəmdə qalmasına rəğmən, "təbiilik" tərəfdarıdır.

"Paltarlarım və mahnılarım hamıdan fərqlidir. Amma guya daha "gözəl" görünmək üçün plastik cərrahiyyədən istifadə etmək, bədənimin hansısa yerinə silikon qoymaq niyyətində deyiləm. O zibilləri bədənimə qoymaram. Silikon vasitəsilə daha xoş görünməyə çalışanları isə mikrob hesab edirəm", - Ledi Qaqa deyib.

25 yaşlı müğənninin dediyinə görə, plastik cərrahiyyə əməliyyatları insan üçün çox zərərlidir.

"Vücudumu hansısa modifikasiyalara məruz qoymaq, protezlərə və silikonlara əl atmaq zəiflik olardı", - müğənni "Harpers Bazaar"a verdiyi müsahibəsində deyib.

Milli.Az