Məşhur müğənni: "Cəhənnəm olsun pəhriz!" - VİDEO-FOTO
14 Aprel 2011 21:05
Milli.Az xəbər portalı "USA Today"A istinadən bildirir ki, məşhur müğənni Adel "Rolling Stone" jurnalına verdiyi müsahibəsində xarakterinin indiyədək qədər mübhəm qalan məqamlarını açıqlayıb. "2011-ci ilin ən yaxşı rok ifaçısı" seçilmiş Adelin dediyinə görə, pəhriz saxlamır.
"Pəhrizə nifrət edirəm, şirniyyatı sevirəm. Çəkim, vücudum və vəziyyətim məni tam razı salır. Şikayət etməyə səbəb görmürəm. Həyatım dramatizmlə doludur. Ona görə də zahiri görünüşüm və ya çəkim kimi cılız məsələlər barədə düşünməyə vaxtım yoxdur. Yemək yeməkdən xoşum gəlir və fiquramı dəyişmək niyyətində deyiləm. Cəhənnəm olsun pəhriz!", - 22 yaşlı müğənni deyib.