25 yaşlı ulduz: "Hamı deyir gözələm. Amma çox çirkinəm" - FOTO
14 Aprel 2011 21:33
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, amerikalı dizayner, teleaparıcı və yazıçı Loren Konrad özündən narazıdır. 25 yaşlı ulduzun dediyinə görə, hər dəfə kişilərlə görüşəndə eşitdiyi ilk söz "Siz çox gözəlsiniz!" olur.
"Amma mən belə düşünmürəm. Hamı deyir gözələm. Əslində isə çox çirkinəm və özümü də seksual qadın hesab etmirəm. Vaxtımı əylənmək, özümə qulluq etməklə yox, kitab yazmaqla keçirirəm. Üç yeni kitabım hazırdır", - Konrad deyib.
"Allure" jurnalına verdiyi müsahibəsində Konrad bildirib ki, MTV telekanalındakı son şousundan sonra həyatı dəyişib. Telekanalı tərk edəndən sonra Loren dizaynerliyə və yazıçılığa başlayıb.
Milli.Az


