Ermənistan ordusunun zabiti həbs edildi

14 Aprel 2011 10:20
Milli.Az xəbər portalının erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu, tağım komandiri leytenant Vaaqn Ayrapetyandır. Ona qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır fəsadlara yol açmış ehtiyatsızlıq" ittihamları ilə cinayət işi açılıb. İttihamda bildirilir ki, o, bunadək həbs edilmiş batalyon komandiri kapitan Akop Manukyanla birlikdə Nazaryana zor tətbiq edib, o da təhqiramiz davranışlardan bezərək intihar edib.

Milli.Az