Memati məşhur müğənni ilə duet oxudu - VİDEO

14 Aprel 2011 09:36
"Kurtlar Vadisi" serialının baş qəhramanlarından olan Memati obrazını canlandıran Gürkan Uygun iştirak etdiyi proqramlardan birində duet oxuyub.

Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, Uygun Türkiyənin məşhur türkü müğənnilərindən olan Uğur İşılakla "Yəmən" türküsünü oxuyub. Memati fanatları tərəfindən bəyənilən duet sosial şəbəkə saytlarının favoriti olub. Qeyd edək ki, Gürkan Uygun daha əvvəl "Öldüm də uyandım" və "Mamoş" türkülərini oxumuş və bu ifalar da aktyorun fanatları tərəfindən çox bəyənilmişdi.

Milli.Az