Yuyucu tozunu baha satan şirkətlər cərimələnəcək

14 Aprel 2011 05:34
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, bu qərar Almaniyanın Henkel şirkəti tərəfindən verilmiş məlumat əsasında 3 il ərzində aparılan araşdılrma nəticəsində çıxarılıb.
Qərara əsasən qiymətləri tutuşdurmaq məqsədi ilə ittifaq quran "Procter and Gamble" 300, "Unilever" isə 150 milyon dollar ödəməli olacaqlar.

İttifaqın 3-cü üzvü - Almaniyanın "Henkel" şirkəti istintaqla əməkdaşlığa getdiyinə görə məsuliyyətdən azad olunub.
Şirkətlər yuyucu toza qiymətləri 8 ölkədə razılaşdırıblar.

Bunlar Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya və Hollandiyadır.
Öz sahəsində dünya liderləri olan "Procter and Gamble" və "Unilever" "Tide", "Gain", "Era", "Omo" və "Surf" brendlərinə malikdirlər.

Milli.Az