Çin 176 adasını niyə satır?

13 Aprel 2011 22:01
Milli.Az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, Çinin hakimiyyət dairələri heç bir sakini olmayan 176 adanı satışa çıxarıblar. Çin Dənizçilik Bürosundan verilən məlumatda bildirilir ki, həmin adalardan turizm, sənaye, balıqçılıq, nəqliyyat və ya bərpa olunan enerji sahələri təki müxtəlif sektorlardakı layihələr üçün istifadə oluna bilər.

Yeganə şərt adaları alınmasından sonra onların vətəndaşlar üçün qapalı elan edilməməsidir.

Milli.Az