Ərəb şeyxinin oğlu erməni pornoulduza aşiq olub
13 Aprel 2011 21:33
Milli.Az xəbər portalı "Tanseerel"ə istinadən bildirir ki, ərəb şeyxinin oğlu olduğu deyilən Mahmud adlı yeniyetmə Londonda qalaraq ölkəsinə qayıtmaqdan imtina edib. 16 yaşlı oğlanın inad etməsinin səbəbi isə onun aşiq olması, valideynlərinin isə bu "eşq"ə qəti etiraz etmələridir. Hətta oğlanın atası deyib ki, əgər o, "sevgilisi"nin adını bir daha çəkərsə, ümumiyyətlə, oğulluqdan çıxarılacaq.
Mahmudun hansı ölkədən olan ərəb şeyxinin oğlu olduğu konkret açıqlanmır. Buna rəğmən, o, bildirib ki, Adoniya Dinaya vurulub və bu qadınla evlənmək niyyətindədir.
Adoniya Dina isə ABŞ-da yaşayan, orada çəkilən pornoqrafik filmlər arasında ən az büdcəli və səviyyəsiz lentlərdə "rol" alan pornoulduzdur.
Adoniya Dinanın əsl adı Karine Miçimçyandır.
Erməni pornoulduzun 43 yaşı var və o, Mahmudun "eşq"indən xəbərsiz olduğunu deyib.
Milli.Az