Mətbuat Şurasının vəsiqə düzəldən aparatı bir ildir işləmir

13 Aprel 2011 18:05
"Mətbuat Şurası tərəfindən jurnalistlərə vahid vəsiqələrin verilməsi prosesi bərpa edilib. Sadəcə, keyfiyyət məsələsi ilə bağlı problem var". Bu barədə açıqlamanı "Azadinform"a Mətbuat Şurası aparatının rəhbəri Rəhim Hüseynzadə verib.

İndiki vəsiqələrin keyfiyyətində əvvəlkilərə nisbətən fərq olduğunu diqqətə çatdıran R.Hüseynzadə keyfiyyətin aşağı olmasını texniki problemlərlə əlaqələndirib. O, problemin nə vaxt aradan qaldırılacağı, keyfiyyətli vəsiqələrin verilməsi üçün müvafiq avadanlığın nə vaxt alınacağı barədə məlumata malik olmadığını söyləyib. R.Hüseynzadə bildirib ki, jurnalistlər 3 manat ödəməklə Mətbuat Şurasının ümumi vəsiqəsini əldə edə bilərlər.

Xatırladaq ki, jurnalistlərə vəsiqə vermək üçün istifadə edilən müvafiq aparat 1 ildən artıqdır işləmir. Bu dövr ərzində problemi aradan qaldırmaq mümkün olmayıb.

Milli.Az