AMİP lideri Etibar Məmmədov yenidən aktiv siyasətə qayıdır

13 Aprel 2011 15:45
Bu barədə Trend-ə AMİP-in mətbuat katibi Əli Orucov məlumat verib. "Azərbaycanda siyasi proseslərin getdikcə sürətlənməsi Etibar Məmmədovun aktiv siyasətə qayıtmasını labüd edir", - Əli Orucov əlavə edib.

Qeyd olunan məsələ ilə bağlı Etibar Məmmədovun özü məlumatı nə təsdiq, nə də təkzib edib. "Belə bir fikir səsləndirilibsə, bu fikri dəyərləndirməyi sizin öhdənizə buraxıram. Özünüz prosesləri dəyərləndirib nəticə çıxara bilərsiniz", - Məmmədov vurğulayıb.

Etibar Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

Milli.Az