Məşhur model və aktrisa: "Hərdən adi həyata qayıtmaq istəyirəm" - FOTO
13 Aprel 2011 20:43
Milli.Az xəbər portalı "Sun"a istinadən bildirir ki, tanınmış britaniyalı aktrisa və model Keti Prays dünən Londondakı "Thorpe Park" əyləncə mərkəzində görünüb. Onu sevgilisi Leandro Penna müşayiət edirdi.
Ketinin dediyinə görə, şou-biznesdəki gərgin həyat onu usandıranda Leandro ilə "qaçış"a üstünlük verir.
"Hərdən adi həyata qayıdıram. Şou-biznesdəkai məcburi gülümsəmələr, saxta hisslər, üzdə olan emosiyalar məni usandırır. Buna görə də Leandro ilə birlikdə həmin məkandan bacardığımız qədər uzaqlaşmağa, adiləşməyə çalışırıq", - Keti söyləyib.
Onun sözlərinə görə, Esseks qraflığındakı Brentvud şəhərindəki "Sugar Hut" gecə klubunda Leandronu görəndə ona vurulub və həmin hisslər indi əsl sevgiyə çevrilib.
Argentinalı model Leandro Penna da Keti ilə bəxtəvər olduğunu söylədi.
Milli.Az












