Abdullah Gül: «Bundan sonrakı nəticələrə görə məsuliyyəti Türkiyə daşımır»
5 Mart 2010 10:37
Milli.Az TRT telekanalına istinadən xəbər verir ki, prezident ABŞ-ın bu səhv addımının türk xalqında Amerikaya qarşı inamın yaranmasına xidmət etmədiyini söyləyib.
"Bu qərarın verəcəyi nəticələrə görə məsuliyyəti Türkiyə daşımır", - deyə Gül qeyd edib.
Türkiyə hökuməti də baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edib.
"Türk xalqının heç zaman törətmədiyi cinayətlərdə ittiham olunması
ədalətsizlik və kökündən yanlış olan addımdır. Bu qərarı qəbul edənlər
1915-ci il hadisələri ilə bağlı tarixçilərin müxtəlif mövqelərini
diqqətdən qaçırıblar. Bu isə yalan siyasi qərarın qəbuluna gətirib
çıxarıb", - deyə Nazirlər Kabinetinin bəyanatında bildirilir.
Bəyanatda
qeyd olunur ki, siyasətçilərin tarixçilərin işinə müdaxiləsi beynəlxalq
aləmdə həmişə mənfi nəticələr verib: "Ankara bu qərarın səbəb olacağı mənfi fəsadlardan ciddi şəkildə narahatdır. Bu, həm
Amerika-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Türkiyə
münasibətlərinin normallaşmasına mənfi təsir göstərəcək".
Türkiyə Böyük Millət Məclisinin spikeri Mehmet Əli Şahin də komitənin qərarını "böyük səhv" adlandırıb.
TRT-yə
açıqlamasında spiker bildirib ki, "soyqırım bəyanatı saxta faktlara
əsaslanır". Mehmet Əli Şahin hesab edir ki, parlamentlər tarixi
hadisələrə qiymət verməklə deyil, qanunvericiliklə məşğul olmalıdır.
Milli.Az
Uyğun linklər:
Nalbandyan bayram edir
Türkiyə ABŞ-dakı səfirini geri çağırdı
ABŞ Konqresinin komitəsi qondarma "erməni soyqırımı" qətnaməsini qəbul etdi!
Əli Əhmədov: "Bu, ən azı ABŞ-ın Minsk qrupunun həmsədri kimi hörmətsizliyidir"
Türkiyə ABŞ-dakı səfirini geri çağıra bilər
ABŞ-da "erməni soyqırımı" səsverməsinin mümkün ssenarisi
Əhməd Davudoğlu: "Komitə "soyqırım" qətnaməsini qəbul edərsə..."
Ağ Ev Türkiyə və Ermənistanı keçmişlə deyil, indi ilə yaşamağa çağırır
Əhməd Davudoğlu: "Birdən 3 aydan sonra Qarabağda müharibə başlasa...?"
Gültəkin Hacıbəyli: "Qondarma "soyqırımı" böyük dövlətlər birlikdə uydurub"
Türkiyə yəhudiləri "soyqırım" qətnaməsinə qarşıdır
Əhməd Davudoğlu: "ABŞ "soyqırım" qətnaməsini qəbul edə bilər"
Türkiyə XİN ABŞ Konqresinə məktub göndərib
Ərdoğan: "Vaşinqtonun səhv addımı Ermənistan-Türkiyə barışığını iflasa uğradacaq"