Şuşalı uşaqların “Qarabağ istedadları” – FOTO
13 Aprel 2011 15:51
Aprelin 15-də saat 16.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Bəstəkarlar İttifaqinin Şuşa təşkilatı, Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının "Qarabağ istedadları" adlı konserti olacaq. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, konsertdə Frans İosif Hayden, Pyotr Çaykovski, Fredirik Şopen, Çi Moroza, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı kimi klassik bəstəkarların əsərləri səsləndiriləcək.
Konsertə giriş sərbəstdir.
Milli.Az
