Yaponiya: dəhşətli sunaminin yeni görüntüləri – VİDEO-FOTOSESSIYA
13 Aprel 2011 14:21
Milli.Az xəbər portalının "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, görüntülər təbiətin qarşısında insanın nə qədər aciz olduğunu, Yaponiyada baş vermiş fəlakətin miqyasını bir daha nümayiş etdirir. Videogörüntü təbii fəlakətdən ən çox zərər çəkmiş bölgələrdən olan Miyaqidə çəkilib. Su ətrafı bürüməmiş hündür nöqtəyə çıxmağa macal tapmış yerli sakinlərdən biri sunaminin ətrafı necə "silib-süpürdüyünü" anbaan çəkib.
Xatırladaq ki, Yaponiyada martın 11-də baş vermiş 9 bal gücündə zəlzələ və bunun ardından başlamış dəhşətli sunami təxminən 28 min insanın həyatına son qoyub. Onlardan yalnız yarısının cəsədi tapılıb.