Şirvanda yol qəzası: 1 ölü, 1 yaralı

13 Aprel 2011 13:03
Milli.Az xəbər portalının Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, şəhərin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində Salyan rayon sakini İmaməddin Mustafayevin idarə etdiyi "VAZ-2106" markalı və Neftçala rayon sakini Elşən Ağamalıyevin idarə etdiyi "VAZ-21011" markalı maşınlar toqquşub. Nəticədə "VAZ-21011"dəki sərnişin, Neftçala rayon sakini Rəna Ağamalıyeva hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İmaməddin Musayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az