"Oğlumun atasız böyüməsini istəmirəm" - FOTO

18 İyun 2016 15:02

Aktrisa Bade İşçil boşanma ərəfəsində olduğu iş adamı Malkoç Süalpla Nişantaşında görüşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, cütlüyün yanında oğulları Azur və M.Süalpın vəkili də olub. Onlar jurnalistləri gördükdə bir-birindən uzaqlaşıblar. Bade jurnalistlərin qarşısına çıxaraq açıqlama verib:

"Oğlumuza görə münasibətlərimizi tam qırmırıq. Azurun atasız böyüməsini istəmirəm. Onun hər gözəl anında yanında olmaq atasının da haqqıdır. Bu ayrı, hüquqi işlər ayrı. Ayrıyıq, amma dost kimi görüşürük".

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az