Mourinyonun istədiyi türk kimdir?

13 Aprel 2011 17:04
Milli.Az xəbər portalı "Bild"ə istinadən bildirir ki, İspaniyanın "Real" (Madrid) klubu Almaniya bundesliqasındakı "Borussiya"ya (Dortmund) transfer təklifi yollayıb.
"Kral klubu" dortmundluların futbolçusu və Türkiyə yığmasının oyunçusu Nuri Şahini satın almaq istəyirlər.

"Blankos"un portuqaliyalı çalışdırıcısı Joze Mourinyonun istəyinə uyğun olaraq klub rəhbərliyi Nuri üçün almanlara 17,5 milyon avro təklif edib.

Milli.Az